Bank Of Baku

«Texnikabank»ın sədri Samir Hüseynov: «Azərbaycanda banklar müştərilərə daha diqqətlə yanaşır»

«Texnikabank»ın sədri Samir Hüseynov: «Azərbaycanda banklar müştərilərə daha diqqətlə yanaşır»
# 13 aprel 2010 12:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində maliyyə böhranının əsas nəticələrindən biri aktivlərin keyfiyyətinin pisləşməsi ehtimalının artması olub. «APA-Economics»in məlumatına görə, bunu «Texnikabank» ASC-nin İdarə Heyətinin sədri Samir Hüseynov bu gün Bakıda başlayan beynəlxalq bank-maliyyə konfransında bildirib. «Texnikabank»ın sədri vurğulayıb ki, bu səbəbdən banklar öz fəaliyyətində müştərilərə, kredit əməliyyatlarına artıq daha böyük diqqətlə yanaşır.

S.Hüseynov öz çıxışında Azərbaycanın ötən ilin yekunlarına görə əldə etdiyi makroiqtisadi göstəricilər, həyata keçirdiyi islahatlar, o cümlədən vergi siyasətində bankalara edilən güzəştlər, bank statistikası haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, «Texnikabank» ASC aktivlərin həcminə görə Azərbaycan bank sistemində ilk beşliyə daxildir və bütün bank xidmətləri göstərir. Bankın bir neçə törəmə şirkəti, o cümlədən broker, lizinq, sığorta və prosessinq şirkətləri mövcuddur.

Qeyd edək ki, konfrans (aprelin 13-14-də) «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir, APA İnformasiya Agentliyi tədbirdə baş onlayn dəstək statusu ilə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR