Bank Of Baku

«AccessBank»ın depozit portfeli 100 mln. dolları ötüb

«AccessBank»ın depozit portfeli 100 mln. dolları ötüb
# 13 aprel 2010 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynqluyev – APA-Economics. «AccessBank» QSC-nin depozit portfelinin həcmi 100 mln. ABŞ dollarını ötüb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, dünya maliyyə sektorundakı mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq, bütünlüklə 2009-cu il ərzində «AccessBank» fəal inkişaf edərək bütün istiqamətlərdə artım nümayiş etdirib. Belə ki, 2009-cu il ərzində depozit portfeli 3,1 dəfə artaraq artaraq 82 mln. dolları keçib. Cari ilin əvvəlindən başlayaraq, depozit portfeli daha 25%, yəni 22 mln. dollar artaraq 104 mln. dolları ötüb.

Bankın İdarə Heyətinin sədri Endryu Pospielovskinin sözlərinə görə, depozit portfelinin sürətlə genişlənməsi banka olan inamın yüksəldiyini göstərir: «Bu inam «AccessBank»ın uzun illər ərzində Azərbaycanda sabit və etibarlı şəkildə fəaliyyət göstərməsi sayəsində əldə olunub. «AccessBank»ın depozit əmanətləri ilə əlaqədar təklif etdiyi şərtlər respublikanın bank sektorunda mövcud olan ən mükəmməl şərtlərdən biridir. Bank əhalinin bütün təbəqələri üçün əlverişli bank olmağa çalışır və kiçik depozitlər üçün böyük məbləğlərdən daha yüksək faiz dərəcələri təklif edir. Müddətli depozit üçün minimal məbləğ cəmi 50 manat, yığım depozitləri üçün isə cəmi 5 manatdır».

Qeyd edək ki, «AccessBank» 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən «Access Holding» (16,5%) və Almaniyanın «LFS Financial Systems GmbH.» (3,5%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR