Bank Of Baku

«MBASK» sığorta şirkəti nizamnamə kapitalını artırır

«MBASK» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 13 aprel 2010 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «MBASK» sığorta şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 382 manat, sayı 15 min ədəd, emissiyanın ümumi həcmi isə 5,730 mln. manat təşkil edir. Emissiya «MBASK»ın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 200 manat olan 15 min ədəd - 3 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 91% artaraq 5,730 mln. manata çatacaq.

Qeyd edək ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,556 mln. manat, ödənişləri isə 5,294 mln. manat olub. Hazırda «MBASK»ın nizamnamə kapitalı 3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR