Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» nizamnamə kapitalını artırır

«YapıKredi Bank Azerbaijan» nizamnamə kapitalını artırır
# 13 aprel 2010 15:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «YapıKredi Bank Azerbaijan» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,02 manat, sayı 220 072 754 ədəd, emissiyanın ümumi həcmi isə 4 401 455,08 manat təşkil edir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 16,2% artaraq 31,610 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB 2000-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvar ayının 1-nə bankın məcmu kapitalı 42,953 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,210 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR