Bank Of Baku

«Azərbaycan Kredit Bankı» nizamnamə kapitalını artırır

«Azərbaycan Kredit Bankı» nizamnamə kapitalını artırır
# 14 aprel 2010 06:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərbaycan Kredit Bankı» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 224 manat, sayı 51 024 ədəd, emissiyanın ümumi həcmi isə 11 429 376 manat təşkil edir. Emissiya «Azərbaycan Kredit Bankı»ın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 200 manat olan 51 024 ədəd – 10 204 800 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 12% artaraq 11 429 376 manata çatacaq.

Qeyd edək ki, təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» 2005-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 28,941 mln. manat, depozit portfeli 5,880 mln. manat, kredit portfeli 26,695 mln. manat, məcmu kapitalı 13,312 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,21 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR