Bank Of Baku

Azərbaycanda illik maliyyə hesabatlarını dövlətə təqdim etməyən QHT-lər cərimələnəcək

Azərbaycanda illik maliyyə hesabatlarını dövlətə təqdim etməyən QHT-lər cərimələnəcək
# 14 aprel 2010 07:26 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Mühasibat uçotu haqqında» qanuna uyğun olaraq, QHT-lər maliyyə hesabatlarını QHT-lər üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş «Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»nın 5.1-ci bəndinə əsasən, QHT-lər üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Mayın 13-dək illik maliyyə hesabatını Nazirliyə təqdim etməyən QHT-lər qanunvericiliklə müəyyən olunmuş qaydada cəriməyə cəlb olunacaq.
QHT-lər tərəfindən tərtib edilmiş maliyyə hesabatları elektron formatda Maliyyə Nazirliyinə [email protected] e-mail ünvanına göndərilə bilər.

Əlaqə telefonu: (+994 12) 404-46-99.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR