Bank Of Baku

Türkiyə «İş Bankası» Bakıda filial açmaq üçün Azərbaycana rəsmi müraciət edib

Türkiyə «İş Bankası» Bakıda filial açmaq üçün Azərbaycana rəsmi müraciət edib
# 14 aprel 2010 07:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «İş Bankası» Bakı şəhərində filialını açmaq məqsədi ilə Azərbaycan Mərkəzi Bankına rəsmi müraciət edib. «APA-Economics»in Türkiyənin «Hürriyyət» qəzetinə istinadən verdiyi məlumata görə, bunu «İş Bankası»nın baş direktorunun müavini Aykut Dəmiray bildirib.

A.Dəmiray təmsil etdiyi bankın bölgə ölkələri ilə yanaşı Balkan ölkələrində də bank almaq niyyətində olduğunu açıqlayıb: «Türkiyədə hazırda 1 085, xaricdə 15 şöbəmiz var. Misirin paytaxtı Qahirədə, Suriyanın paytaxtı Dəməşqdə nümayəndəlik açmağa hazırlaşırıq. Bakıda şöbə açmaq üçün artıq ilk müraciətimizi etmişik».

İş Bankasının baş direktoru Ersin Özince isə bildirib ki, hazırda Rusiyada bir bank almaq istiqamətində işlər aparılır. Türkiyə bankı yaxın perspektivdə Ukrayna və Qazaxıstanda da anoloji addımlar ata biləcəklərini istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR