Bank Of Baku

«4C-Diamond BVBA» şirkətinin baş direktoru Maykl Torner: «Qızılın bahalaşması davam edəcək»

«4C-Diamond BVBA» şirkətinin baş direktoru Maykl Torner: «Qızılın bahalaşması davam edəcək»
# 14 aprel 2010 07:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu «4C-Diamond BVBA» şirkətinin baş direktoru Maykl Torner aprelin 13-14-də Bakıda keçirilən VI Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə Konfransında bəyan edib.

Onun sözlərinə görə, kağız pulların əsas problemi ondan ibarətdir ki, ölkə hökumətləri kağız pulları məhdudiyyətsiz həcmdə buraxmaq imkanına malikdir. Nəticədə, əlavə pulların dövriyyəyə buraxılması onları qızıla qarşı dəyərindən ucuzlaşdırır. Bu həmçinin dünyanın əsas valyutası hesab olunan ABŞ dollarına da aiddir. M.Tornerin sözlərinə görə, son 10 il ərzində dollar qızıla qarşı 79% ucuzlaşıb. Daha geniş vaxt müddəti baxımından isə, vəziyyət daha kəskin dəyişib. Belə ki, 1909-cu ildə 1 000 dollara 50 unsiya qızıl almaq mümkün idisə, 100 il sonra 1 000 dollara yalnız 0,83 unsiya almaq olardı. Yəni, bu müddət ərzində dolların qızıla qarşı ucuzlaşması 98,3% təşkil edib. Bu da onu göstərir ki, hazırda dolların faktiki dəyəri 1 əsr əvvəlkinə nisbətən cəmi 1,7%-ə bərabərdir. M.Torner hesab edir ki, yaxın bir neçə il ərzində əlavə dollar kütləsinin emissiyası nəticəsində həmin 1,7%-i də «yoxa çıxacaq».

Yaxın perspektivə gəldikdə, qızılın bahalaşmasına səbəb olan bir neçə amil qüvvədədir. Bunların sırasında böhranın nəticələri ilə mübarizə çərçivəsində pulların çap edilməsinin davamı, yaxın zamanda qızıl bazarının fiziki bazara çevrilməsi, qızıl istehsalının ilbəil azalması, geosiyasi və iqtisadi risklərin artması nəticəsində investorların vəsaitlərini daha təhlükəsiz aktivlərə yönəldməsi və s. kimi vacib amillər var.

Qeyd edək ki, bank-maliyyə konfransı «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir, APA İnformasiya Agentliyi tədbirdə baş onlayn dəstək statusu ilə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR