Bank Of Baku

Elman Rüstəmov: «Azərbaycan Mərkəzi Bankı ölkədəki bankların sayını azaltmaq niyyətində deyil»

Elman Rüstəmov: «Azərbaycan Mərkəzi Bankı ölkədəki bankların sayını azaltmaq niyyətində deyil»
# 14 aprel 2010 08:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarının sayını qısa müddət ərzində azaltmaq niyyətində deyil. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, dünya praktikası onu göstərir ki, qlobal maliyyə böhranı dövründə heç bir ölkə kommersiya banklarının sayını azaltmır: «Hazırda bu məsələ aktual deyil və biz bankların sayını azaltmaq niyyətində deyilik. Mərkəzi Bank ölkənin bank sektorunda stabilliyi saxlayır və hazırda bankların sayını azaltmaq məqsədəuyğun deyil».

Qeyd edək ki, hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir və Mərkəzi Bank uzunmüddətli bank konsolidasiyasının tərəfdarı kimi çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR