Bank Of Baku

«AtaBank» nizamnamə kapitalını artırır

«AtaBank» nizamnamə kapitalını artırır
# 14 aprel 2010 08:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «AtaBank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 500 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «AtaBank»ın səhmlərinin yerləşdirilməsinə artıq bu ilin aprel ayında başlanacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 66,6% artaraq 25 mln. manata çatacaq.

Qeyd edək ki, «AtaHolding»ə daxil olan «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 15 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR