Bank Of Baku

«Kazimir Partners» Azərbaycanda üç iri sövdələşmə bağlayıb

«Kazimir Partners» Azərbaycanda üç iri sövdələşmə bağlayıb
# 14 aprel 2010 09:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Kazimir Partners» şirkəti Azərbaycanda fəaliyyət göstərən üç maliyyə təşkilatınd iştirak payına sahib olub. «APA-Economics»in məlumatına görə, bunu şirkətin Bakı ofisinin rəhbəri Mənsur Məmmədov aprelin 13-14-də Bakıda keçirilən VI Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə Konfransında bəyan edib.

Belə ki, «Kazimir Partners» şirkəti Azərbaycanın «Texnikabank», «AGBank» və «Caspian Financial» diler şirkətində iştirak payı alıb. M.Məmmədovun sözlərinə, şirkət yatırılan bu investisiyaları çox uğurlu hesab edir.

Konfransda çıxışı zamanı M.Məmmədov «Kazimir Partners» barədə ərtaflı məlumat verərək, şirkət tərəfindən təklif edilən xidmətlər və investisiya strategiyası ilə konfrans iştirakçılarını tanış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR