Bank Of Baku

IFC-nin layihə rəhbəri Qart Bedford: «Böhran zamanı banklar pis aktivlərini gizlətməyə çalışır»

IFC-nin layihə rəhbəri Qart Bedford: «Böhran zamanı banklar pis aktivlərini gizlətməyə çalışır»
# 14 aprel 2010 09:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Böhran zamanı bank sistemində əsas problemlərdən biri pis aktivlərin yaranması, onların idarə edilməsi və satılması məsələləridir ki, bu prosesdə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) banklara fəal dəstək göstərir. «APA-Economics»in məlumatına görə, bunu IFC-nin layihə rəhbəri Qart Bedford aprelin 13-14-də Bakıda keçirilən VI Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə Konfransında bildirib.

Q.Bedfordun fikrincə, hazırda mənfi aktivlərin, o cümlədən təmin edilməmiş kreditlərin, dəyərdən düşən qiymətli kağızların və digər investisiyaların satılması üzrə problemlər mövcuddur ki, bu, həmçinin onların monitorinqi zamanı da yaranır. Belə ki, banklar pis aktivlərini gizlətməyə çalışır ki, sonda onların silinməsi mümkün olsun. Q.Bedfordun sözlərinə görə, bu, yol verilməzdir və IFC keçirdiyi treninq, seminar və konfranslar zamanı bank ictimayətinə pis aktivlərin idarə edilməsi üsulları barədə bankları məlumatlandırır.

Azərbaycana gəldikdə, həmin problemlarin burada hələ ki, ehtimal olunduğunu bildirən Q.Bedford qeyd edib ki, IFC bu işi Azərbaycandakı banklar arasında da aparır.

Qeyd edək ki, bank-maliyyə konfransı «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir, APA İnformasiya Agentliyi tədbirdə baş onlayn dəstək statusu ilə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR