Bank Of Baku

«Standard Capital» şirkəti broker xidmətləri təklif edir

«Standard Capital» şirkəti broker xidmətləri təklif edir
# 14 aprel 2010 10:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Standard Capital» broker şirkəti potensial investorlara broker, diler, anderraytinq və aktivlərin idarə edilməsi ilə bağlı xidmətlər təklif edir. «APA-Economics»in məlumatına görə, bunu şirkətin direktoru Mətanət İskəndərova aprelin 13-14-də Bakıda VI Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə Konfransında bildirib.

M.İskəndərovanın sözlərinə görə, adi broker və diler xidmətlərindən başqa şirkətin prioritetlərindən biri kimi qiymətli kağız buraxılışının tam müşayiəti və aktivlərin idarə edilməsi xidmətlərinin göstərilməsidir. Belə ki, emitent səhm və ya istiqraz buraxmaq istədikdə, şirkət emitentə prosesin bütün mərhələlərində dəstək göstərir, o cümlədən emissiyanın qeydiyyatından başlayaraq, buraxılışın nəticəsi üzrə hesabatın təqdim edilməsinədək öhdəlikləri üzərinə götürür. Aktivlərin idarə edilməsi üzrə xidmətlər investorlara həm daxili, həm də xarici maliyyə bazararında vəsaitlərin yerləşdirilməsindən ibarətdir. Bu halda investorlar alətlər və risklərin dərəcəsini müəyyən edir və vəsaitlərini şirkətə idərəetməyə verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR