Bank Of Baku

«Turanbank» son bir ildə aktivlərini 50% artırıb

«Turanbank» son bir ildə aktivlərini 50% artırıb
# 14 aprel 2010 11:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin əvvəlindən 9,9% artaraq aprelin 1-nə 120,8 mln. manat (150,4 mln. ABŞ dolları) təşkil edib. Bu, ötən ilin yanvar-mart aylıra ilə müqayisədə isə 50% çoxdur.

«Turanbank»dan «APA-Economics»ə verilən məlumata görə, aprelin 1-nə bankın kredit portfeli ilin əvvəlindən 6,1%, ötən ilin I rübü ilə müqayisədə isə 27,3% artaraq 82,6 mln. manat (102,8 mln. dollar) təşkil edib.

Hesabat dövründə bankın gəlirləri 2009-cu ilin yanvar-mart ayları ilə müqayisədə 12,7% artaraq 3,5 mln. manata (4,4 mln. dorllar), bankın mənfəəti isə 0,9 mln. manata (1,1 mln. dollar) çatıb.

Bundan başqa, 2010-cu ilin yanvar-mart aylarında bankın depozit portfeli ilin əvvəlindən 34,1%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 145,5% artaraq 48,4 mln. manata (60,2 mln. dollar) çatıb. Depozit portfelinin strukturunda əhalinin təcili depozitləri 27,5 mln. manat (34,2 mln. dollar) təşkil edib ki, illin əvvəlindən bu göstərici 22,2%, ötən ilin I rübü ilə müqayisədə isə 70% artıb.

Bununla yanaşı, aprel ayının 1-nə «Turanbank»ın məcmu kapitalı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 5,4% artaraq 19,8 mln. manat (24,6 mln. dollar) təşkil edib. Bankın nizamnamə kapitalı isə təkrar kapitallaşma prossesi nəticəsində 18,5 mln. manata (23 mln. dollar) çatıb ki, ilin əvvəlindən bu göstərici 8,8% artıb.

Xatırladaq ki, təsisçisi 5 hüquqi və 25 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə ərazisində 11 filialı və 20 ofisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR