Bank Of Baku

«Texnikabank» xaricdən əlavə vəsait cəlb edəcək

«Texnikabank» xaricdən əlavə vəsait cəlb edəcək
# 14 aprel 2010 12:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC beynəlxalq maliyyə institutlarından borc vəsait xəlb etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu ASC-nin İdarə Heyətinin sədri Samir Hüseynov bildirib.

Onun sözlərinə görə, «Texnikabank» yeni maliyyə resursları cəlb etmək niyyətindədir. Belə ki, bank məcmu öhdəliklərinin strukturunda xarici borcalmanı 5%-dək azalda bilib: «Bizim üçün isə bu göstəricinin 15%-dək olması məqbul sayıla bilər və məhz buna görə əlavə maliyyə resursları cəlb etmək imkanımız var».

S.Hüsenynov onu da qeyd edib ki, cəlb olunmuş vəsait kreditləşməyə, əsasən də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək ki, sözügedən kreditləşmə artıq bu il ərzində başlanacaq.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən «Texnikabank»ın 2010-cu ilin yanvar ayının 1-nə aktivləri 467,818 mln. manat, depozi portfeli 183,393 mln. manat, kredit portfeli 351,999 mln. manat, məcmu kapitalı 59,927 mln. manat, o cümlədən nizamnamə kapitalı 41,712 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR