Bank Of Baku

«Xalq Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Xalq Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 14 aprel 2010 12:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xalq Sığorta» şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,85 manat, sayı 7,390 mln. ədəd, emissiyanın ümumi həcmi isə 21 061 500 manat təşkil edir. Emissiya «Xalq Sığorta»ın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 2,32 manat olan 7,390 mln. ədəd – 17 144 800 manatlıq) adi sənədsiz adlı səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 22,8% artaraq 21 061 500 manata çatacaq.

Qeyd edə ki, «Xalq Sığorta» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 17 144 800 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR