Bank Of Baku

Nejdet Sarısözən: «Qlobal böhran şəraitində Qara Dəniz Bankı heç bir itki ilə üzləşməyib»

Nejdet Sarısözən: «Qlobal böhran şəraitində Qara Dəniz Bankı heç bir itki ilə üzləşməyib»
# 14 aprel 2010 12:27 (UTC +04:00)
Bakı. Elnur Hüsynquluyev – APA-Economics. Dünya maliyyə böhranı şəraitində Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) tamamilə maliyyə itkisi ilə üzləşməyib. «APA-Economics»in məlumatına görə, bunu QDTİB-in maliyyə institutları üzrə direktoru Nejdet Sarısözən aprelin 13-14-də Bakıda keçirilən VI Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə Konfransında bildirib.

N.Sarısözənin sözlərinə görə, böhran şəraitində belə bir bankın maliyyə itkisi ilə üzləşməməsinin səbəbi bankın həyata keçirdiyi konservativ kreditləşdirmə siyasəti ilə bağlıdır.

N.Sarısözən daha sonra Azərbaycanın QDTİB-ə üzv olan ölkələrlə apardığı ticarət əlaqələrindən danışıb və Azərbaycan banklarına 2009-cu il ərzində QDTİB-in maliyyə fondları vasitəsi ilə ayrılan vəsaitlərin həcmini açıqlayıb. «Ötən il ərzində QTDİB vasitəsi ilə Azərbaycan banklarına ipoteka kreditləri üçün 10 mln. dollar (10,3%), ticarətin maliyyələşdirilməsinə 47 mln. dollar (48,5%), kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə 24 mln. dollar (24,7%) və çox məqsədli kreditlər üçün 16 mln. dollar (16,5%) vəsait ayrılıb», - deyə N.Sarısözən vurğulayıb.

Qeyd edək ki, bank-maliyyə konfransı «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir, APA İnformasiya Agentliyi tədbirdə baş onlayn dəstək statusu ilə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR