Bank Of Baku

«Texnika Capital Management» şirkəti korporativ istiqrazların emissiyasını vacib sayır

«Texnika Capital Management» şirkəti korporativ istiqrazların emissiyasını vacib sayır
# 14 aprel 2010 13:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Texnika Capital Management» broker şirkəti korporativ istiqrazların emissiyasının təşkilini vacib sayır. «APA-Economics»in məlumatına görə, bunu şirkətin direktoru Cəfər İbrahimov aprelin 13-14-də Bakıda keçirilən VI Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə Konfransında deyib.

Konfrans iştirakçılarına şirkətin bu sahədə təklif etdiyi xidmətlər barədə məlumat verən C.İbrahimov vurğulayıb ki, şirkət son zamanlar 3 istiqraz buraxılışı təşkil edib və bu buraxılışlar üzrə bütün öhdəliklər tam şəkildə və vaxtında yerinə yetirilir.

Qeyd edək ki, «Texnika Capital Management» şirkəti «Texnikabank» tərəfindən təsis edilib, Bakı Fond Birjasının üzvüdür və qiymətli kağızlar bazarında broker və diler lisenziyalarına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR