Bank Of Baku

Azərbaycan Hesablama Palatasında kollegiya iclası keçirilib

Azərbaycan Hesablama Palatasında kollegiya iclası keçirilib
# 14 aprel 2010 13:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Hesablama Palatasının kollegiya iclası keçirilib. Palatanın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, iclasda «Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu ildə fəaliyyəti haqqında Hesabat» müzakirə edilib. Kollegiya üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla Hesabatın təsdiq olunması və Milli Məclisə təqdim edilməsi barədə qərar qəbul edilib.

İclasda həmçinin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin əlirlərinin və xərclərinin proqnozlaşdırılması və icrası üzrə keçirilmiş nəzarət tədbirinin və Azərbaycanda məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər) «İşaxtaran və işsiz vətəndaşların müvəqqəti ictimai işlərə cəlb edilməsi və bu işlərin səmərəliliyinin artırılması üzrə tədbirlərin gücləndirilməsi (2007-2010)» istiqaməti üzrə 2007-2008-ci illər ərzində həyata keçirilmiş tədbirlər, həmçinin əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə həyata keçirilən əmək yarmarkaları və əmək birjalarının təşkili vəziyyəti»nə dair analitik təhlilin nəticələri müzakirə olunaraq təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR