Bank Of Baku

Yaxın zamanlarda islam bankçılığının kəskin genişlənəcəyi gözlənilir

Yaxın zamanlarda islam bankçılığının kəskin genişlənəcəyi gözlənilir
# 14 aprel 2010 14:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ildə dünyada islam bankçılığı prinsipləri ilə fəaliyyət göstərən maliyyə təşkilatlarının aktivlərinin 2008-ci ilin yekun göstəricisi ilə müqayisədə 30%, 2012-ci ildə 50%, 2015-ci ildə 75%, 2020-ci ilədək isə 80% artacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu aprelin 13-14-də Bakıda keçirilən VI Xəzər Beynəlxalq Bankçılıq və Maliyyə Konfransda İslam İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Mabid Əli Əl-Carhi bəyan edib.

Qeyd edək ki, hazırda islam banklarının məcmu aktivləri 1,3 mlrd. ABŞ dollarına yaxınlaşır.

M.Ə.Əl-Cahri öz çıxışında islam bankçılığı prinsipləri və onun klassik bankçılıqla olan fərqini ətraflı açıqlayıb. Belə ki, əgər klassik bankçılıqda depozitor-bank arasında və bank-borcalan arasında münasibətlər faiz əsasında qurulursa, islam bankçılığında faiz anlayışı olmadığından münasibətlər mənfəətin (və ya zərərin) bölüşdürülməsi əsasında qurulur. Depozitorlar islam bankına vəsaiti faizli depozit kimi deyil, investisiya kimi yönəldir və ya digər alət üzrə idarəetməyə verir. Bu halda depozitorlar partner və ya səhmdara çevrilir və investisiyalar üzrə bankla bərabər riskləri bölüşürlər. Cəlb olunan vəsaitlər isə birgə mülkiyyət formasında maliyyələşdirmədə iştirak edir.

İslam bankçılığının 12 prinsipi möcvuddur ki, bunların ikisi Muşaraka, ikisi Mudaraba, biri Murabaxa, biri Def pay sale (satışı ödəmək), ikisi Vakala, ikisi İcara, biri İstisna və biri Salam adlanır. Prinsiplər həm vəsaitlərin cəlb edilməsi, həm idarəedilməsi, həm də mənfəətin bölüşdürülməsi mexanizmlərinə görə fərqlənir.

İslam bankçılığının üstünlüklərinə toxunan M.Ə.Əl-Carhi cəlbetmə faizinin demək olar ki, sıfıra endirildiyini, aktivlərin dinamikliyi və sabitliyi qeyd edib.

Qeyd edək ki, bank-maliyyə konfransı «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilib, APA İnformasiya Agentliyi tədbirdə baş onlayn dəstək statusu ilə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR