Bank Of Baku

«DəmirBank» xaricdən yeni kredit cəlb edib

«DəmirBank» xaricdən yeni kredit cəlb edib
# 14 aprel 2010 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC ilə Hollandiyanın «ASN-Novib Fonds» investisiya şirkəti arasında 5 mln. ABŞ dolları həcmində vəsaitin cəlb edilməsinə dair kredit sazişi imzalanıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müqavilə Hollandiyanın «Triple Jump B.V.» şirkətinin təşkilatçılığı ilə imzalanıb.

İki il müddətinə imzalanan müqaviləyə əsasən, cəlb olunan vəsaitlərin ölkədə mikro və kiçik sahibkarlığın kreditləşməsinə yönəldilməsi nəzərdə tutulub.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR