Bank Of Baku

Azərbaycan hemodializdə istifadə olunan filtrlərin idxalını ƏDV-dən azad edib

Azərbaycan hemodializdə istifadə olunan filtrlərin idxalını ƏDV-dən azad edib
# 14 aprel 2010 15:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Nazirlər Kabineti «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» qərarına əlavə edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, hemodializdə istifadə olunan filtrlər də Azərbaycan ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısına daxil edilib.

Nazirlər Kabineti bu qərarı Səhiyyə Nazirliyinin Maliyyə, İqtisadi İnkişaf, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR