Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsi rüblük vergi proqnozunu 100,2% səviyyəsində icra edib

Azərbaycan Dövlət Gömrük Komitəsi rüblük vergi proqnozunu 100,2% səviyyəsində icra edib
# 15 aprel 2010 07:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) idxal-ixrac əməliyyatlarından proqnozlaşdırılan 205 mln. manata qarşı 205,4 mln. manat vəsait toplayaraq dövlət büdcəsinə köçürməklə rüblük proqnoza 100,2% əməl edib. «APA-Economics»in məlumatına görə, bu barədə DGK-nin sədri Aydın Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, rüblük proqnozun yerinə yetirilməsinə gömrük orqanları üçün əsas vergitutma bazası sayılan idxalın həcminin cari ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə nisbətən əhəmiyyətli dərəcədə azalması şəraitində nail olunub. Belə ki, bu ilin ilk 3 ayı ərzində ölkəyə idxal olunan malların ümumi həcmi 2009-cu ilin müvafiq dövrünə nisbətən 167 mln. ABŞ dolları və ya 12,6%, əsas vergi tutulan mal mövqelərindən isə dənli bitkilərin idxalı 31,9 mln. dollar və ya 38,9%, elektrik avadanlıqları 78,4 mln. dollar və ya 42,2%, digər avadanlıq və texniki qurğular 40,6 mln. dollar və ya 15,9%, avtonəqliyyat vasitələri isə 29,4 mln. dollar və ya 19,5% aşağı düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR