Bank Of Baku

Azərbaycan Pakistana investisiya yatırmaq niyyətindədir

Azərbaycan Pakistana investisiya yatırmaq niyyətindədir
# 16 iyun 2010 06:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Pakistana investisiya yatırımı imkanlarını öyrənir. «APA-Economics»in «Associated Press of Pakistan» agentliyinə istinadən verdiyi məlumata görə, bunu İslamabadda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir bildirib ki, Azərbaycanın nəhəng neft və qaz ehtiyatları regionun inkişafında mühüm rol oynaya bilər.

E.Məmmədyarovun pakistanlı həmkarı Maxdum Şah Mahmud Qureşi ilə görüşdə ölkələr arasında ticarət əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri də müzakirə olunub. M.Qureşi qeyd edib ki, ölkələr arasında siyasi əlaqələr çox yüksək səviyyədə olmasına baxmayaraq, cari ilin ötən dövründə ikitərəfli ticarət dövriyyəsi 11 mln. ABŞ dolları təşkil edib: «Bu da qənaətbəxş sayıla bilməz».

Tərəflər cari ildə Bakıda keçirilməsi nəzərdə tutulan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafına baxılması razılığına gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR