Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı «MilliKart»da 10%-lik iştirak payı alıb

Avropa Yenidənqurma və İnkişaf Bankı «MilliKart»da 10%-lik iştirak payı alıb
# 16 iyun 2010 06:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. (AYİB) «MilliKart» MMC-nin nizamnamə kapitalında iştirak payı, həmçinin şirkətin nizamnamə kapitalının 25% artırılaraq 5 mln. manata çatdırılması ilə bağlı «MilliKart»ın Nizamnaməsi Azərbaycan Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb.

«MilliKart» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, AYİB «MilliKart»ın 19 səhmdarından biri olaraq, səmiyyətin nizamnamə kapitalına 500 min manat qoymaqla 10%-lik iştirak payı əldə edib.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» MMC 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Hazırda «MilliKart» tərəfindən 13 banka xidmət göstərilir. Bu banklar tərəfindən 80 mindən çox ödəniş kartları emissiya olunub, 200-dən çox bankomat və 2 200-dən artıq POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR