Bank Of Baku

«Royal Bank» indiyədək 5,1 mln. manat həcmində 117 ipoteka krediti verib

«Royal Bank» indiyədək 5,1 mln. manat həcmində 117 ipoteka krediti verib
# 16 iyun 2010 08:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC tərəfindən indiyədək 5,072 mln. manat həcmində 117 ipoteka krediti verilib.

Bankın baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, bu kreditlərin 444,2 min manatı güzəştli ipoteka kreditləri, 4,627 mln. manatı isə adi ipoteka kreditlərinin payına düşüb. İndiyədək bank tərəfindən 13 güzəştli və 104 adi ipoteka krediti verilib.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 149,346 mln. manat, depozit portfeli 98,348 mln. manat, kredit portfeli 108,385 mln. manat, məcmu kapitalı 19,217 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,625 mln. manat təşkil edib. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 111 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR