Bank Of Baku

«Bank of Baku» yeni güzəştli kreditlər kampaniyasına start verib

«Bank of Baku» yeni güzəştli kreditlər kampaniyasına start verib
# 16 iyun 2010 08:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Güzəştli kreditlər» adlı kampaniyaya başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin avqust ayının 30-dək davam edəcək kampaniyadan təhsil və tibb müəssisələrinin işçiləri, bankla iş tarixçəsi olan müştərilər (yəni «Bank of Baku»dan kredit alan və ödənişləri vaxtında həyata keçirən müştərilər), həmçinin bankla partnyor olan şirkətlərin əməkdaşları faydalana biləcəklər.
Təhsil və tibb müəssisələrinin əməkdaşları «Bank of Baku»dan nağd pul kreditini 18 ay müddətinə, 2500 dollaradək, bankla iş tarixçəsi olan müştərilər isə 24 ay müddətinə 4500 dollaradək məbləğdə ala bilər.
Bundan başqa, bank «Güzəştli nağd kredit məhsulu»nu əldə edən müştərilərinə daha bir güzəştdən istifadə etmək şansı yaradıb. İndi bank kredit müddətinin ilk 6 ayı ərzində yalnız faizləri ödəmək imkanı verir.
Bankla partnyor olan dövlət və iri özəl müəssisələrinin əməkdaşları indi nağd pul kreditini 18 ay müddətinə deyil, 24 ay müddətinə, aylıq əmək haqqının 5 misli (3 500 manatdan artıq olmamaq şərtilə) məbləğində ala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR