Bank Of Baku

«Unileasing» şirkəti bankomatları lizinqə təklif edir

«Unileasing» şirkəti bankomatları lizinqə təklif edir
# 16 iyun 2010 10:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın aparıcı lizinq təşkilatlarından olan «Unileasing» şirkəti ölkənin kommersiya banklarına dünyada bank və maliyyə institutları üçün avadanlıq tədarükü üzrə ixtisaslaşmış «NCR» şirkətinin bankomatlarını lizinqə almaq imkanı təklif edir.

«Unileasing»dən «APA-Economics»ə verilən məlumata görə, divarüstü «NCR SelfServ 25» və ofisdaxili «NCR SelfServ 22» bankomatlar 21 min manatla təklif olunur. ATM-i lizinq əsasında ilkin ödənişsiz, 60 ay müddətinə, hər ay 522 manat ödəməklə əldə etmək olar.

Qeyd edək ki, «NCR» bankomatları nağd pulların verilməsi ilə yanaşı hesabların ödənilməsi, mobil telefon abunəçisinin balansının artırılması, vəsaitlərin köçürülməsi kimi müxtəlif xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR