Bank Of Baku

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu kəskin azalıb

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu kəskin azalıb
# 16 iyun 2010 10:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2010-cu ilin I rübü ərzində 478,4 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 57,7%-ni ölkəyə daxilolmalar təşkil edir.

Cari transfertlər üzrə ümumi daxilolmaların 93,9%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 2%-ni ölkəyə gətirilən humanitar mallar, 4,1%-ni isə digər daxilolmalar təşkil edib.

Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 73,6 mln. dollar təşkil edib. Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə müsbət saldo 2,3 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR