Bank Of Baku

«Kapital Bank»ın «Ethernet» və GPRS-lə çalışan POS-terminallarının test prosesi başa çatıb

«Kapital Bank»ın «Ethernet» və GPRS-lə çalışan POS-terminallarının test prosesi başa çatıb
# 16 iyun 2010 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC «Ethernet» və GPRS qoşulmaları vasitəsilə çalışan POS-terminalların testləşdirilməsini başa çatdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ticarət və servis obyektləri üçün nəzərdə tutulan bu yenilik şəhərlərarası rabitə xərclərini azaltmaq, telefon xətlərinin digər biznes məqsədləri üçün istifadə etmək və tranzaksiyaların avtorizasiyasına sərf edilən vaxtın 10 saniyəyə qədər minimallaşdırmaq imkanı yaradacaq.

Yeni texnologiyalar POS-terminalların stasionar yerləşdirilməsini gərəksiz etdiyindən, ticarət və xidmət obyektləri mobil POS-terminallardan geniş istifadə edə biləcək və müştərilər onlara rahat olan yerlərdə nəqliyyatda, yanacaqdoldurma məntəqələrində, kafelərdə və digər xidmət obyektlərində terminallardan istifadə edə biləcəklər. Hazırda Bankın ekvayrinq şəbəkəsində 411 POS-terminal mövcuddur.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR