Bank Of Baku

Corc Soros: “Gələn il Avropada təkrar maliyyə böhranının baş verməsi qaçılmazdır”

Corc Soros: “Gələn il Avropada təkrar maliyyə böhranının baş verməsi qaçılmazdır”
# 16 iyun 2010 11:27 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, bu bəyanatla məşhur amerikalı investor və milyarder Corc Soros çıxış edib.

Onun sözlərinə görə, hazırda ümumavropa valyutasının bütün çatışmazlıqları ortadadır və mövcud borc böhranı sonda Avropa İttifaqının parçalanması ilə nəticələnə bilər: “Çünki vahid büdcə siyasətinin formalaşması üçün ortada siyasi iradə yoxdur və avronun böhranı bütün Avropanı darmadağın edə bilər”.

Bir sıra Avropa ölkələrinin bank sistemlərinin qeyri-sabit olduğunu vurğulayan C.Soros qeyd edib ki, zəif avro alman iqtisadiyyatının xeyrinə işləyir: “Növbəti böhran uzun illər davam edə və hətta indikindən də pis ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR