Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, əvvəlki illərdə olduğu kimi 2010-cu ilin yanvar-mart aylarında da xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıqların və xidmətlərin idxalını əks etdirir. Nəticədə, 2010-cu ilin ilk rübündə neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 4,8 mlrd. dollar olub.
Tədiyə balansının cari əməliyyatlar hesabında 3,9 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 4,7 mlrd. dollar məbləğində olub. Bu profisit qeyri-neft sektoru üzrə cari hesabın 0,8 mlrd. dollar məbləğində olan kəsirini tam örtüb.
Tədiyə balansının əsas göstəriciləri
(mln. dollar)
| 2009-cu il, I rüb | 2010-cu il, I rüb |
I. Cari əməliyyatlar II.Kapitalın və maliyyənin III. Tədiyə balansının | ||
Ötən rüb ərzində xarici ticarət dövriyyəsi 7,5 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 5,04 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın dünyanın 110-dan çox dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 11,5%-i MDB ölkələri, 88,5%-i isə digər xarici dövlətlərin payına düşür.
Əmtəə ixracı 2010-cu ilin ilk rübündə 6,3 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft məhsullarının payı 94,5%-ə bərabər olub. Ümumilikdə, xarici dövlətlərə 5,7 mlrd. dollar məbləğində neft və neft məhsulları ixrac olunub, o cümlədən 368 mln. dolları neft emalı məhsulları, 5,3 mlrd. dolları isə xam neftin ixracının payına düşür. İxrac olunmuş xam neftin 5,1 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 267,6 mln. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 41,1 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 226,5 mln. dolları isə ARDNŞ-in payına düşür. Qeyd edək ki, 2010-cu ilin yanvar-mart aylarında ölkənin qeyri neft-qaz ixracı 344,8 mln. dollar olub.
(mln. dollar)
İxracın strukturu | ||
| 2009-cu il, I rüb | 2010-cu il, I rüb |
Yanacaq-xammal məhsulları | 3 446,5 | 5 979,8 |
- neft məhsulları | 3 416,7 | 5 913,6 |
-digər xammal | 29,8 | 66,2 |
Maşın və avadanlıq | 39,1 | 129,3 |
İstehlak malları | 97,8 | 148,0 |
Digər mallar | 4,2 | 1,3 |
İxrac, cəmi | 3 587,6 | 6 258,4 |
Hesabat dövrü Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 1,2 mlrd. dollar təşkil edib. İstehlak malların idxalının ümumi dəyəri 617,1 mln. dollar olub ki, bunun da 226,1 mln. dolları ərzaq məhsullarının payına düşür:
(mln. dollar)
İdxalın strukturu | ||
| 2009-cu il, I rüb | 2010-cu il, I rüb |
İstehlak malları | 633,1 | 617,1 |
- ərzaq məhsulları | 231,5 | 226,1 |
- qeyri-ərzaq məhsulları | 401,6 | 391,0 |
İnvestisiya yönümlü mallar | 179,4 | 117,4 |
Digər mallar | 664,5 | 483,3 |
İdxal, cəmi | 1 477,0 | 1 217,8 |
Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xüsusi çəkisi 9,6% təşkil edən xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların 52%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilmiş mallar təşkil edir. Bundan başqa, ölkəyə ümumi məbləği 483,3 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları gətirilib.