Bank Of Baku

«Bank Respublika» biznes kreditləşməsini genişləndirir

«Bank Respublika» biznes kreditləşməsini genişləndirir
# 16 iyun 2010 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC mikrokreditlər, həmçinin kiçik və orta sahibkarlara verilən kreditlər üzrə faiz dərəcələrini azaldaraq biznes kreditləşməsinin genişləndirilməsi barədə qərar qəbul edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, qərar minimal risk göstəriciləri ilə digərlərindən fərqlənən tarixi kredit məhsullarının analizininin nəticələrinə əsasən qəbul olunub. Bankın bütün öhdəliklərini əlavə vəsait cəlb etmədən, vaxtında və tam həcmdə yerinə yetirməsinə imkan verən yüksək likvidlik, yuxarıda qeyd edilmiş kredit məhsullarını məhdudiyyətsiz və uzunmüddətli əsaslarla ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə təklif etməyə şərait yaradır.
«Bank Respublika»nın məqbul kreditləşmə şərtləri və geniş xidmət şəbəkəsi isə sahibkarlara biznes, aqro, qrup, kiçik və orta sahiblarlıq üçün kreditlərini yalnız Bakı şəhərində deyil, Azərbaycanın 19 rayonunda almağa imkan yaradır», - deyə bankdan bildirilib.
Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdar kapitalında «25% + 1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR