Bank Of Baku

Azərbaycan hökuməti və parlament əhalinin SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması məsələsini birgə müzakirə edəcək

Azərbaycan hökuməti və parlament əhalinin SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması məsələsini birgə müzakirə edəcək
# 16 iyun 2010 15:03 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, belə bir təkliflə bu gün 2010-cu il dövlət büdcəsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin parlamentin iqtisadi siyasət komitəsində müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov çıxış edib.

S.Şərifov təklif edib ki, millət vəkilləri, Maliyyə Nazirliyi və hökumətin digər strukturlarının əməkdaşları əmanətlərin indeksləşdirilməsi və qaytarılması məsələsinə birgə baxmağa hazırdır və artıq bunun zaman yetişib.

Məsələyə münasibət bildirən Milli Məclisin iqtisadi siyət komitəsinin üzvü Nazim Məmmədov «APA-Economics»ə bildirib ki, SSRİ dövründən qalmış bank əmanətləri daxili borc kimi tanınmalıdır, bunun da ödənilməsi mexanizmləri mövcuddur. Millət vəkili əmanətlərin qaytarılma mexanizminin bu günədək hazırlanmamasında parlamenti günahkar hesab etmir.

N.Məmmədov bildirib ki, millət vəkilləri tətilə çıxmamışdan əvvəl, yəni iyun ayında Maliyyə Nazirliyi ilə görüşlər keçirə bilərlər: «Əmanətlərin qaytarılması üçün bu gün Azərbaycanın maddi imkanları var. Dövlət başçısı bunu mümkün sayır və artıq bu problemin həlli üçün zaman yetişib».

Qeyd edək ki, əhalinin SSRİ dövründən qalmış bank əmanətlərinin həcmi 600-800 mln. manat həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR