Bank Of Baku

Azərbaycanda yanvar-may aylarında iqtisadi artım 4,3% olub

Azərbaycanda yanvar-may aylarında iqtisadi artım 4,3% olub
# 17 iyun 2010 06:45 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 1 858,1 manat (2 312,8 ABŞ dolları) təşkil edib ki, bu da 2009-cu ilin yanvar-may ayları ilə müqayisədə 41,1% çoxdur.

Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5%, qeyri-neft sektorunda isə 4,9% artıb. ÜDM istehsalının 58,7%-i sənayenin, 2,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 7,2%-i tikintinin, 6,6%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərin, 6,1%-i nəqliyyat və anbar təsərrüfatının, 1,1%-i mehmanxana və iaşə xidmətlərinin, 1,7%-i informasiya və rabitə xidmətlərinin, 10,5%-i sosial və digər xidmət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6%-ni təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR