Bank Of Baku

Azərbaycan əhalisinin sərəncamında qalan gəlirin həcmi son bir ildə 10% artıb

Azərbaycan əhalisinin sərəncamında qalan gəlirin həcmi son bir ildə 10% artıb
# 17 iyun 2010 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 2009-cu ilin eyni dövrü ilə müqayisədə 8,3% artaraq 1 056,7 manat və ya 1 315,3 ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində hər ay adambaşına orta hesabla 211,3 manat (263 dollar) məbləğində gəlir düşüb ki, bu da 2009-cu ildəkindən 10,6% və ya 20,2 manat çoxdur.

İlin beş ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 9,4 mlrd. manatlıq gəlirin 69,7%-i son istehlak xərclərinə, 9,9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 18,7%-i isə kapital və əmanətlərin artırılmasına yönəldilib. Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 8,5 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 10,2% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR