Bank Of Baku

Uorren Baffet və Bill Geyts amerikalı milyarderləri sərvətlərinin yarısını xeyriyyəçilik məqsədlərinə sərf etməyə çağırıblar

Uorren Baffet və Bill Geyts amerikalı milyarderləri sərvətlərinin yarısını xeyriyyəçilik məqsədlərinə sərf etməyə çağırıblar
# 17 iyun 2010 10:03 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, onlar amerikalı milyarderlərə müraciət edərək, sərvətlərinin ən azı yarısını xeyriyyəçilik məqsədlərinə sərf etməyə çağırıblar.

Bakı - APA-Economics. Dünya şöhrətli investor Uorren Baffet və “Microsoft”un banisi Bill Geyts yeni kampaniyaya başladıqlarını bəyan ediblər.

APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, onlar amerikalı milyarderlərə müraciət edərək, sərvətlərinin ən azı yarısını xeyriyyəçilik məqsədlərinə sərf etməyə çağırıblar.

Artıq dörd amerikalı milyarder – Eli Brod, Con Duer, Cerri Lenfest və Con Morqric bu çağırışa qoşulduqlarını bəyan ediblər.

“Forbes” jurnalının məlumatına görə, ABŞ-da 403 milyarder yaşayır. Ən varlı amerikalı Bill Geytsdir – 53 mlrd. dollar. İkinci yerdə Uorren Baffet gəlir – 47 mlrd. dollar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR