Bank Of Baku

Azərbaycanın «BTB» bankı Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığa hazırlaşır

Azərbaycanın «BTB» bankı Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığa hazırlaşır
# 17 iyun 2010 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «BTB» adlı yeni kommersiya bankı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) üzv olan müvəkkil kredit təşkilatları sırasına qatılmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq «BTB» Fonda üzv olması üçün müraciət edib və bu məsələyə SKMF-in Müşahidə Şurasının iyul ayında keçiriləcək növbəti iclasında baxılacaq: «SKMF tərəfindən prioritet sayılan və maliyyələşdirilən layihələr əsasən ölkənin regionlarında icra olunur və Fonda üzv olan hər hansı müvəkkil kredit təşkilatının Azərbaycan bölgələrində filialı olmalıdır».

Qeyd edək ki, hazırda SKMF-a üzv olan 36 müvəkkil kredit təşkilatı mövcuddur. Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziya verilmiş bütün banklar və bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatları qismində kreditlərin verilməsində iştirak edə bilir.

Xatırladaq ki, nizamnamə kapitalı 12 mln. manat olan «BTB» 100% yerli kapital hesabına yaradılıb və banka artıq AMB tərəfindən lisenziya verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR