Bank Of Baku

Azərbaycanda illik inflyasiya 4,7%-ə çatıb

Azərbaycanda illik inflyasiya 4,7%-ə çatıb
# 17 iyun 2010 12:46 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, may ayında əvvəlki aya nisbətən ərzaq məhsulları 0,3%, xidmət tarifləri 0,1% ucuzlaşıb, qeyri ərzaq məhsullarının qiymətləri isə 0,2% bahalaşıb. Cari ilin ilk beş ayında isə ötən ilin analoji dövrü ilə müqayisədə ərzaq məhsulları 4,1%, qeyri ərzaq məhsulları 1,7%, xidmət tarifləri isə 8,2% bahalaşıb.

May ayında ərzaq məhsullarından «Süd məhsulları, pendir və yumurta» qrupu məhsullarının qiymətləri 1,2%, «Balıq məhsulları» qrupu 2,4%, «Tərəvəz» qrupu 3,9%, «Çörək məmulatları və yarmalar» qrupu məhsullarının qiymətləri 0,1% ucuzlaşıb, «Yağ və piylər» qrupu məhsullarının qiymətləri 0,2%, «Qəhvə, çay, kakao» qrupu 0,2%, «Meyvə» qrupu 4,6%, «Qənd, cem, bal, şokolad və konfetlər» qrupu 0,6%, «Spirtli içkilər» qrupu məhsullarının qiymətləri isə 0,1% bahalaşıb.

Ay ərzində qeyri-ərzaq mallarından «Geyim» qrupu mallarının qiymətləri 0,2%, «Parçalar» qrupu 0,1%, «İri alət və avadanlıqlar» qrupu 0,3%, «Minik avtomobilləri» qrupu 0,3%, «Minik avtomobilləri üçün ehtiyyat hissələri» qrupu mallarının qiymətləri 0,4% ucuzlaşıb, «İnşaat malları» qrupu 0,2%, «Dərmanlar» qrupu 0,4%, «Mebel və ev əşyaları» qrupu 0,7%, «Məişət cihazları» qrupu 0,2%, «Xalça və digər döşəmə örtükləri» qrupu 0,8%, «Ev üçün toxuculuq məmulatları» qrupu 1%, «Zərgərlik məmulatları» qrupu mallarının qiymətləri isə 1% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR