Bank Of Baku

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi son bir ildə 70% artıb

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi son bir ildə 70% artıb
# 17 iyun 2010 13:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2010-cu ilin I rübün yekunları üzrə tədiyyə balansında əks olunmuş xaricdən cəlb olunan kapitalın ümumi məbləği 1,9 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 70% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyaların və xarici kreditlərin hesabına formalaşıb:

(mln. dollar)

 

Cəlb olunan xarici kapitalın strukturu

 

2009-cu il, I rüb

2010-cu il, I rüb

Birbaşa investisiyalar

760,7

704,7

- neft-qaz sektoru

510,8

596,4

- digər sektorlar

249,9

108,3

Kreditlər və digər investisiyalar

321,5

1 161,6

- dövlət təminatlı kreditlər

86,8

154,7

- dövlət təminatlı olmayan kreditlər

127,8

732,9

-- neft-qaz sektoru

26,3

123,0

-- banklar

84,0

527,4

-- digərləri

17,5

82,5

- digər investisiyalar

106,9

274,0

CƏMİ

1 082,2

1 866,3



Mərkəzi Bankın tədiyyə balansının şərhinə əsasən, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 704,7 mln. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,6% təşkil edir. Öz növbəsində həmin sərmayələr iri neft-qaz layihələri, əsasən “Şahdəniz” layihəsi və “Azəri-Çıraq-Günəşli” yataqlarında görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub.

Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin xüsusi çəkisi xarici kapitalın strukturunda 2 dəfə artaraq 62,2% təşkil edib. Bu da əsasən dövlət təminatı olmayan cəlb olunmuş kreditlərin artması ilə bağlıdır. Nəticədə, 2010-cu ilin ilk rübündə cəlb olunmuş kredit və digər investisiyaların ümumi məbləği 1 161,6 mln. dollar təşkil edib. Bu məbləğin 13,3%-i birbaşa dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlər, 86,7%-i isə dövlət təminatı olmayan kreditlər və digər investisiyalarıy payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR