Bank Of Baku

«EraTrans» daha bir sığorta növü üzrə lisenziya alıb

«EraTrans» daha bir sığorta növü üzrə lisenziya alıb
# 18 iyun 2010 07:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın Maliyyə Nazirliyi «EraTrans» sığorta şirkətinə «Tibbi sığorta» növü üzrə lisenziya verib.

Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Əfqan Murtuzayev bildirib.

Ə.Murtuzayevin sözlərinə görə, bununla da şirkətin könüllü sığorta növlərinin sayı 25-ə çatıb.

Qeyd edək ki, «EraTrans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin 1 filialı (Sumqayıt) və 4 nümayəndəliyi (Şirvan, Göyçay, Yevlax, Ağdaş) mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR