Bank Of Baku

Avropa İttifaqı Estoniyanın avrozonaya daxil olmasını təsdiqləyib

Avropa İttifaqı Estoniyanın avrozonaya daxil olmasını təsdiqləyib
# 18 iyun 2010 07:38 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa İttifaqı (Aİ) Estoniyanın 1 yanvar 2011-ci ildən avrozonaya daxil olmasını təsdiqləyib.

APA-Economics”in məlumatına görə, bu barədə qərar Aİ ölkələri liderlərinin Brüsseldə keçirilən sammitində qəbul olunub.

“Avropa İttifaqı Estoniyanın 1 yanvar 2011-ci ildən avrozonaya daxil olması haqqında Avropa Komissiyasının qərarını bəyənir və bu münasibətlə Estoniyanı təbrik edir” – deyə Aİ liderlərinin yaydığı yekun bəyanatda bildirilir.

Qeyd edək ki, Aİ liderlərinin qərarı formal xarakter daşıyır. Belə ki, Estoniyanın avrozonaya daxil olmasını indiyədək Avropa Komissiyası, Avropa Qrupu və Aİ maliyyə nazirləri Şurası təsdiqləyib.

Estoniya avrozonanın 17-ci üzvü olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR