Bank Of Baku

Azərbaycanda kreditləşmənin həcmi artır

Azərbaycanda kreditləşmənin həcmi artır
# 18 iyun 2010 08:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 2010-cu ilin mayın əvvəlinə ötən ilin eyni dövrü ilə müqayisədə 37,1% və ya 2,3 mlrd. manat artaraq 8,6 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 46,3%-i dövlət, 51,6%-i özəl banklar, 2,1%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib.

Verilmiş kreditlərin 73,1%-ni uzunmüddətli kreditlər, 26,9%-ni qısamüddətli kreditlər təşkil edib. Mayın 1-nə qısamüddətli kreditlərin həcmi 2 314,2 mln. manat, uzunmüddətli kreditlərin həcmi 6 291,3 mln. manata bərabərdir. Ötən ilin analoji tarixinə bu göstəricilər müvafiq olaraq 10,4% və 50,5% artıb.

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 81,9% artaraq 365,2 mln. manata çatıb və nəticədə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində olan xüsusi çəkisi 4,2% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR