Bank Of Baku

«Bank of Baku» kredit məhsullarının müddətini uzadıb

«Bank of Baku» kredit məhsullarının müddətini uzadıb
# 18 iyun 2010 09:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Güzəştli kreditlər» kampaniyası çərçivəsində kredit məhsullarının müddətini də uzadıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin avqust ayının 30-na qədər bank kompüter, mebel, məişət və turizm kreditləri üzrə mövcüd bütün məhsulların verilmə müddətini 6 ay artırıb (30 aydan çox olmamaq şərtilə).

«Hyundai», «KİA», «Chevrolet» və «Volkswagen» markalı avtomobillərin kreditləşdirilməsi artıq 36 deyil, 60 ay müddətinə həyata keçirilir. Kreditləşdirmə müddətinin uzadılması müştəriyə daha yüksək dərəcəli avtomobili əldə etmək və kredit üzrə borcunu ailə büdcəsinə zərər vurmadan ödəmək imkanı yaradır.

Xatırladaq ki, hazırda, «Bank of Baku»da «Hyundai» markalı avtomobillərin kredit məbləği 500-60 000 dollar, «KİA», «Chevrolet» və «Volkswagen» avtomobillərin kredit məbləği isə 500-50 000 manat təşkil edir. Bununla yanaşı, faiz dərəcəsi və əvvəlcədən ödəniş məbləği avtomobilin markasından asılı olaraq dəyişir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR