Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 33% artıb

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 33% artıb
# 18 iyun 2010 09:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il may ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məbləği 2,5 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,5% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1 070,3 mln. manatı (43,2%-i) milli, 1 404,4 mln. manatı xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 54,6% və 19,6% artıb. Həmin vəsaitlərin 76,3%-i (1,9 mlrd. manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşüb.

Qeyd edək ki, 2010-cu ilin may ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,64 manat, 1 avroya 1,01 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,80 manat, 2,69 manat və 1,09 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR