Bank Of Baku

«Texnikabank» son bir ildə depozit portfelini 38% artırıb

«Texnikabank» son bir ildə depozit portfelini 38% artırıb
# 18 iyun 2010 10:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyun ayının 1-nə 466,804 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyunun 1-nə olan göstərici ilə müqayisədə 4,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 38,1% genişlənərək 194,626 mln. manat, kredit portfeli 0,5% artaraq 346,255 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 37,498 mln. manat olub.

Hesabat dövründə bankın məcmu kapitalı 0,3% azalaraq 59,264 mln. manat, o cümlədən nizamnamə kapitalı təxminən iki dəfə artaraq 53,685 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında bankın ümumi gəlirləri 27,755 mln. manat, xərcləri isə 26,105 mln. manat olub. Nəticədə, bankın mənfəəti 1,650 mln. manat təşkil edib.

Həmçinin, bu dövr ərzində bank əlavə 10 bankomat və 10 POS-terminal quraşdırıb. Bununla yanaşı, bankın işçilərinin sayı 5,1% artaraq 621 nəfərə çatıb.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 35 filialı, 58 bankomatı və 350 POS-terminalı mövcuddur
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR