Bank Of Baku

Azərbaycanda orta alıq əmək haqqı yanvar-may aylarında 6% artıb

Azərbaycanda orta alıq əmək haqqı yanvar-may aylarında 6% artıb
# 18 iyun 2010 10:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9% artaraq 313,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə, peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq əmək haqqı daha yüksək olub.

Cari ilin yanvar-aprel aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 5 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, informasiya və rabitə sahəsi, nəqliyyat və anbar təsərrüfatı, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahələrində, habelə emal sənayesində çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 169,4 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 288,8 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR