Azərbaycan parlamenti 2010-cu il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib - YENİLƏNİB
«Bu gün dünya bazarında neftin orta qiyməti faktiki 75,5 dollardır və bu, əlavə vəsaitlərin daxil olmasına şərait yaradıb. Dəyişikliklərlə büdcə kəsiri 2,3% olacaq», - deyə Z.Səmədzadə vurğulayıb.
Z.Səmədzadə cari ilin yanvar-aprel aylarının nəticələrindən də danışıb. Vergi ayırmaları üzrə daxilolmalar artıqlaması ilə yerinə yetirilib. Azərbaycan Dövlət Neft Fondunun əlavə gəlirləri isə 1,9 mlrd. manat təşkil edib. Büdcənin mədaxil hissəsinin 1,5 mlrd. manat artırılması nəzərdə tutulur. Komitə sədri onu da vurğulayıb ki, gəlirlərin belə artımı şəraitində ölkə üzün zəruri olan bir sıra xərclərin artırılmasına da zərurət yaranıb.
Komitə sədri onu da vurğulayıb ki, ayrılan vəsaitin böyük bir hissəsi müdafiə xərclərinin artırılmasına yönəldiləcək.
Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, layihədə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 1 490 mln. manat, xərclərinin isə 1 011,3 mln. manat artırılması təklif olunur. Artımla da dövlət büdcəsinin gəlirləri 11 505 mln. manat, xərcləri isə 12 275,3 mln. manat təşkil edəcək. Gəlirlərin artımının 490 mln. manatı Vergilər Nazirliyi, 1 mlrd. manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq. Bununla da Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olması planlaşdırılan vəsaitlərin həcmi 4 470 mln. manat olacaq. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478,7 mln. manat azaldılacaq.
Nazir bildirib ki, xərclərin artırılmasına bir sıra amillər əsas verir. Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə anoloji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 mln. manat ayrılır: «Müdafiə xərclərinə 400 mln. manat əlavə ediləcək. Bu, geosiyasi vəziyyət nəzərə alınaraq ölkənin müdafiə potensialının yüksəldilməsi məqsədi daşıyır. Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə 17 mln. manat, yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanaliza siyasistemlərinin yaxşılaşdırılmasına 129 mln. manat, elmə 3 mln. manat, səhiyyəyə 10 mln. manat ayrılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2,7 mln. manat artırılacaq. Dövlət büdcəsinin kəsiri ÜDM-in 2,3%-ni təşkil edəcək».
Maliyyə naziri həmçinin əlavə edib ki, yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan vəsaitin məbləği 31 mln. manat və ya 4,2% artırılacaq. Təsdiq olunmuş layihədə 2010-cu il icmal büdcəsinin gəlirlərinin 3 194 mln. manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 26,9% artırılması nəzərdə tutulur. Artımın 2,7 mlrd. manatını ARDNF-in gəlirləri, 490 mln. manatını dövlət büdcəsinin gəlirləri, 3,5 mln. manatını Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri təşkil edəcək. İcmal büdcənin xərcləri isə təsdiq olunmuş büdcəyə nisbətən 13,6% və ya 1 715 mln. manat artaraq 14 351 mln.manata, onun profisiti isə 727,8 mln. manat səviyyəsinə qalxacaq. ARDNF-in 1 mlrd. manat əlavə xərcini dövlət büdcəsinə transfertlər təşkil edəcək.
Daha sonra çıxış edən millət vəkilləri büdcəyə dəyişikliklərlə bağlı fikrlərini bildiriblər. Müdafiə xərclərinin artırılmasının doğru addım olduğunu deyən millət vəkili Zahid Oruc hərbçilərin, zabit və gizir heyəti, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində daha geniş tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Deputat Cəmil Həsənli isə əhalinin sovet dövründə banklara qoyduğu əmanətlərin qaytarılmasına şərait yarandığını qeyd edib. C.Həsənli bildirib ki, artıq bunun üçün əlverişli mühit yaranıb və dövlətin bu vəsaiti qaytarmaq imkanı var.
Deputat Nazim Məmmədov isə Maliyyə Nazirliyinin yerli strukturlarında islahatların aparılmasının vacibliyini önə çəkib. N.Məmmədov bildirib ki, maliyyə şəffaflığını təmin etmək, eləcə də digər neqativ halların qarşısını almaq üçün Vergilər Nazirliyində olduğu kimi islahatların aparılmasına, rayon idarələrinin regional idarələrdə birləşdirilməsinə zərurət yaranıb.
Daha sonra qanun layihəsi millət vəkillərinin müzakirəsinə təqdim olunub və sonda sənəd səs çoxluğu ilə təsdiq olunub.
Maliyyə
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib
Xəbər Lenti
Britaniya Rusiya xam neftindən istehsal olunan dizel və kerosin idxalını qadağan edəcək
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
Katz: İsrail ordusu Livan, Suriya və Qəzzadakı bölgələrdən çəkilməyəcək
BVF Kiyevlə 690 milyon dollarlıq tranş üzrə ilkin razılığa gəlib
DÇ: Kanada və Bosniya qarşılaşması heç-heçə başa çatıb
KİV: ABŞ İranda zənginləşdirilmiş uranı ələ keçirmək üçün yerüstü əməliyyatı nəzərdən keçirib
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
Zelenski rus dilinin Ukraynada qorunan dillər siyahısından çıxarılması ilə bağlı qanunu imzalayıb
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib - VİDEO
Hakan Fidan Qətər və ABŞ nümayəndələri ilə sülh danışıqlarını müzakirə edib
Aİ-nin bütün ölkələri Ukrayna və Moldovanın ittifaqa qəbuluna dair danışıqlara başlanmasına razılıq verib
Azərbaycan vətəndaşlarının Suriyadan repatriasiyası həyata keçirilib
Fransanın bəzi media qurumları Azərbaycana qarşı qarayaxma kampaniyası aparır - AÇIQLAMA
Azərbaycan və Slovakiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
İran XİN: Hazırda anlaşma memorandumunu müzakirə etmək üçün müvafiq İran orqanları arasında görüş keçirilir
ABŞ rəsmisi: İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur
Tramp: İranla müqavilənin həftənin sonuna və ya bazar ertəsi günü imzalana biləcəyinə inanıram
Şahbaz Şərif: ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlib
Tramp Əraqçinin İran və ABŞ-ın razılaşmanı yekunlaşdırmağa yaxın olduğuna dair mövqeyini bölüşür
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
DÇ-2026: ABŞ ilk matçına çıxır
Əraqçi: ABŞ-la razılaşma heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır
Katz: İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çəkilməyəcək
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişafı üzrə İşçi Qrupu yaradılıb
Putin: Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
İRİA: Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi imkanları genişləndirilib
Hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
Rüfət Səfərova hökm oxunub
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Qusar sakini çayda boğulub, nəvəsini polis xilas edib - VİDEO - FOTO
Tramp Tehranı razılaşma ilə bağlı yalan məlumat yaymaqda günahlandırıb: İranla xoş niyyətlə danışıq mümkün deyil
Kürdəmirdə 28 yaşlı oğlan kanalda boğulub
Beyləqan sakini kanalda batıb
İş yerlərində gender bərabərliyi mövzusunda tədbirlər keçirilib
“Reuters”: ABŞ və İran arasında memorandum bazar günü Cenevrədə imzalana bilər
Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib
Hacıqabul rayonunda iki günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb
Balakəndə 10 ton çətənə kolu məhv edilib
Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb
CNN: İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb