Bank Of Baku

Azərbaycanda IPI indeksi yenidən artıb

Azərbaycanda IPI indeksi yenidən artıb
# 18 iyun 2010 11:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2010-cu ilin may ayında 103,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks cari ilin aprelində 100,8%, martda 113%, fevralda 85%, yanvarda isə 106%-ə bərabər olub.

IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ölçülən nisbəti kimi hesablanır. Belə ki, indeks may ayında istehsal edilmiş məhsulun dəyərinin (2,541 mlrd. manat) apreldə istehsal olunmuş məhsulun dəyərinə (2,459 mlrd. manat) bölünməsi yolu hesablanılır.

İndeksin dinamikasına gəldikdə, göründüyü kimi, fevralda indeksin kəskin azalması baş verib, sonra mart ayında sənaye istehsalında yenidən canlanma, apreldə müəyyən dərəcədə zəifləmə müşahidə olunub. May ayında isə sənaye istehsalı indeksi yenidən artmağa başlayıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-may aylarında Azərbaycanda sənaye istehsalı ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,3% artaraq 12 141 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR