Bank Of Baku

«Bank Respublika» xaricdən yeni kredit cəlb edib

«Bank Respublika» xaricdən yeni kredit cəlb edib
# 18 iyun 2010 14:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Almaniyanın ən iri banklarından olan «Baden-Wurttemberg» (LBBW) Azərbaycanın «Bank Respublika» ASC-yə ticarətin maliyyələşdirilməsi üçün 1 mln. avro həcmində kredit xətti ayırıb.

«Bank Respublika»nın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı tərəflər arasında razılıq «Bank Respublika»nın baş ofisində aparılmış danışıqlıqlar əsasında əldə edilib.

Qeyd edək ki, son illər ərzində «Bank Respublika» ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramların fəal iştirakçısıdır. Bankın bu sahədə əldə etdiyi nailiyyətlər Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən qiymətləndirilərək, iki il ardıcıl olaraq «Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə ən fəal bank» mükafatını alıb.

Xatırladaq ki, 2009-cu ilin yekunlarına əsasən, bankın Yaponiya, Almaniya, İsveçrə, İtaliya və digər ölkələrlə ticarətin maliyyələşdirilməsi üzrə apardığı əməliyyatların ümumi həcmi 20 mln. ABŞ dollarını ötüb.

«Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25% + 1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR